Yuxusuzluq qadına lotereyada qalibiyyət gətirdi

ABŞ Meriland ştatında yaşayan Ounqs Mils lotereyada qəribə şəkildə qalib olub. Avtosfer.az sputnik.az-a istinadən xəbər verir ki, o, lotereya biletində cekpot udaraq, bir neçə min dollar qazanıb. Buna görə isə o, qaldığı yuxusuz gecələrə minnətdardır. Məsələ ondadır ki, 72 yaşlı qadın yuxusuzluqdan əziyyət çəkirmiş və heç vaxt yatağına vaxtında uzanmırmış. Tibb bacısı işləyən qadın həmin gecə də, növbə ərəfəsində tez yatmaq istəsə də, mümkün olmayıb. “Mən tez-tez saata baxırdım və yata bilmədiyimə görə, əsəbiləşirdim. Sonuncu yadımda qalan rəqəm axşam saat 11:56 idi” – deyə qadın əlavə edib. Bu rəqəm onun beyninə həkk olub və qadın ertəsi gün lotereya bileti üçün köşkə üz tutub. Qadın virtual at yarışlarında iştirak edib, 11, 5 və 6 nömrələrini işarələyib. Nəticədə, bütün qalibləri düz taparaq, 13323 dollarlıq cekpotu udub.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












