Yüz manatlıq avtomobillər Azərbaycana gətirilə bilərmi?

İspaniyada 200-dən çox insanın öldüyü daşqınlarda minlərlə avtomobil də yararsız hala gəlib.
Avtosfer.az xəbər verir ki, təbii fəlakət sığortaçılara da böyük miqdarda zərər vurub. Təbii ki, bu məsələ avtomobil sahiblərini çox da maraqlandırmır. Çünki zərərçəkən gec ya da tez kompensasiyasını alacaq. Bəs qalan maşınlar necə olacaq?
Avropa İttifaqında bu tip avtomobillərin təmirinə icazə verilmir. Onlar yalnız utilizasiya olunmalıdır. Lakin İttifaqdan kənara hansısa addım atmaq sərbəstdir.
Artıq Avropa hərraclarında bu avtomobillər 30-50 avroya (yuvarlaq desək 100 AZN) təklif olunur. Təbii ki, bu texnikanı Avropada təmir edib sürmək üçün heç kim ala bilməz. Hansısa muzey və ya kolleksiyaçı onu ala bilər. Lakin bu kateqoriyadan olan alıcıların da sayı heç yüz deyil. Qalır Şengen zonasından kənardakı müştərilər.
Artıq Rusiya saytlarında iş adamlarının bu hərraclarda birbaşa və onlayn iştirakı barədə məlumatlar yayılıb. Bunlar utilizasiyalıq mal olduğundan ixracı da qadağan deyil, sanksiya siyahısında yer almır. Hətta ölkələr bu maşınları qeyri-Avropa ölkələrinə bağışlamağa hazırdır.
Bu situasiyada belə maşınlar Azərbaycan da gələ bilər. Bu halda onun əziyyətini təkcə maşını alan şəxs deyil, bütün ölkə çəkəcək. Belə zədəli maşınların gətirilməsi həm iqtisadi, həm də ətraf mühit baxımından zərərli olar. Batmış ispan maşınlarının ölkəmizə gəlib gəlməyəcəyini bilmək üçünsə 2025-ci ili gözləmək lazımdır.
Vüqar
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir
"Telegram"ın qurucusu Hüseyn Həsənovla "Buggy" sürdü - VİDEO
Kanadada sürücülərin sürətini azaltmaq üçün yollara saxta çuxurlar çəkilir – FOTO
Qısa məsafələrdə bu mühərriklər daha çox xərc yaradır – ARAŞDIRMA












