Zambiya prezidentinin təyyarəsi satılır

Zambiya hökuməti prezidentin təyyarəsini yüksək texniki xidmət xərclərinə görə satışa çıxarıb.
“Təyyarələrə texniki xidmət onun məhdud istifadəsinə baxmayaraq, son üç il ərzində xəzinədarlığa 6,3 milyon dollardan çox başa gəlib. Buna görə də hökumət onu satmağa qərar verib”, - ölkənin müdafiə naziri Ambrouz Lufuma bildirib.
Lufuma həmçinin iddia edib ki, əvvəlki prezident bazar dəyəri 60 milyon dollar olan təyyarəni “şübhəli” satınalma prosedurları ilə alıb.
“Gulfstream” təyyarəsi 194,9 milyon dollara, İsrail Bankının ordunun modernizasiyası üçün ayırdığı 400 milyon dollarlıq kredit hesabından istifadə edilməklə alınıb”, - deyə o xatırladıb.
Lufuma bildirib ki, xəzinədə vəsait çatışmazlığı səbəbindən təyyarəyə texniki xidmət zambiyalıların və hökumətin maraqlarına uyğun deyil. Təyyarənin satışından sonra prezident üçün daha az əməliyyat xərcləri olan yeni təyyarə alınacaq.
Mənbə: rossaprimavera.ru
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












