114 qazi 118 yüksək texnologiyalı protezlə təmin olunub - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində yaralanmış daha bir qrup qazimizi yüksək texnologiyalı protezlərlə təmin edib.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, ƏƏSMN-nin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində ilkin müayinə olunduqdan və protezləşməyə hazırlıq mərhələsindən sonra isə onlara yüksək texnologiyalı protezlər təqdim olunub. Beləliklə, Vətən müharibəsində xəsarət alaraq aşağı ətrafları amputasiya olunmuş 114 qazi 118 yüksək texnologiyalı protezlə təmin olunub.
“Genium” sistemi üzrə hazırlanan yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Köməkçi vasitələr olmadan ayağa qalxaraq sərbəst və inamlı hərəkətə, qeyri-bərabər səthlərdə də addımlamağa, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.
Yuxarı ətrafları amputasiya olunmuş qazilərin yüksək texnologiyalı protezlərlə təminatı üçün işlər davam etdirilir.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO














