14 yaşdan yuxarı olanlar törətdikləri qayda pozuntusuna görə cərimə ödəməli olacaq

Velosiped, elektrikli “samakat” sürənlərin yaratdıqları qəza şəraiti və avtomobillərə vurduqları müxtəlif miqyaslı zərərlər artıq zərərverən tərəfindən qarşılanacaq. 14 yaşından 18 yaşınadək olan səbəbkarlar vurduqları ziyanı və cəriməni özləri ödəməli olacaq.
Avtosfer.az bildirir ki, Rusiyada bu istiqamətdə ciddi addımlar atılır. Belə ki, 11 yaşından yuxarı uşaqlar yollarda hadisə törətdiyi təqdirdə onların valideynləri məsuliyyət daşıyaraq cərimə ödəməli olacaq. Səbəb olaraq isə valideynlərin övladlarına yol-hərəkət qaydalarını başa salmadan küçələrə buraxması göstərilir. 14 -18 yaş arasında olanların isə valideynləri cəriməni və ya dəymiş zərəri ödəməkdən imtina etdikləri təqdirdə uşaqlar özləri bu məbləği qarşılamalı olacaq. İlk öncə maddi vəziyyəti və ya hər hansı gəlir yerinin olub-olmaması yoxlanılır. Cərimə tətbiq edilmədən öncə isə hadisədə iştirak edən avtomobilin registratoru və ya ətrafdakı kameralar izlənərək məsələ aydınlaşdırlır.
Bu qərardan sonra velosipedçilərlə yaşananan hadisələrdə sürücülər həm sığortadan, həm də uşaqların ailəsindən pullarını almağa müvəffəq olub. Bu məsələni daha da ciddiləşdirmək məqsədilə Rusiyada elektrikli “samakat”ların 18 yaşdan aşağı olanlara icarəyə verilməsinə və ya satılmasına qadağalar qoyulmağa başlanılıb.
Qeyd edək ki, Azərbaycan Qanunvericiliyinə əsasən isə 16 yaşından aşağı olanlar heç bir məsuliyyətə cəlb olunmur. Əgər bu yaşda olan bir velosiped və ya “samakat” sürücüsü hər hansı bir avtomobilə zərər vurarsa, o zaman sürücü ya zərərini özü qarşılamalı olur, ya da aylarla məhkəmə qapılarında qalır. Onu da qeyd edək ki, digər ölkələrlə müqayisədə bizdə velosiped zolaqları olmadığından bu cür vasitələrdən istifadə edənlər yollarda sürücülərlə bərabər hərəkət etməli olur. Çox zaman isə qəza şəraiti yaratdığından sürücülər artıq velosiped sürən birisini görəndə istər-istəməz istiqamətini dəyişməli olur.
Aysel
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO










