150 kilometrlik məsafə, dağılmış alternativ yol - Ermənilər Qafana gedə bilmir

“Qafana getmək üçün 7-8 kilometr (km) əvəzinə, ermənilər 150 km məsafə qət etməlidirlər”.
Avtosfer.az xəbər verir ki, bu fikiri Çakatendə Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yerləşdirilməsi xəbərini şərh edərkən Qafanın hazırkı meri Gevorq Parsyan səsləndirib. O, bütünün qorxuların özünü doğrultduğunu deyib: “Bu, bizim üçün çox ciddi problemdir. Çünki bu yol bağlanıb və qəsəbələrə getmək üçün ümumiyyətlə alternativ yol yoxdur. Yeganə seçim Mehri vasitəsilədir. Əslində uzunluğu 7-8 kilometr olan və Qafana gedən yol 150 kilometrə qədər uzanacaq. 90-cı illərdə salınmış yeganə qısa alternativ yol keçilməzdir və üzərində ciddi iş aparılmalıdır. Biz bu altı kəndin sakinlərinin qayğısına qalmalıyıq. Bu yaxınlarda bildim ki, Azərbaycan gömrük postu yaradır. Vətəndaşlarımızın oradan keçməsi nə dərəcədə məqsədəuyğun olacaq, bu haqda mən ayrıca danışacam” – deyə Parsyan vurğulayıb
O əlavə edib ki, ərzaq problemlərini həll etmək üçün Mehridən keçən yol var: “Bu 6 kənddə təxminən 600-700 nəfər yaşayır. Vorotanda gömrük postu açılandan bəri iş aparırıq. İyunun 20-də xalq öz seçimini etdi, Nikol Paşinyan başda olmaqla hökumət quruldu. Hökumət var, yerli özünüidarəetmə var, əməkdaşlıq qaçılmazdır” – deyə Parsyan fikirlərini yekunlaşdırıb.
KONKRET.az
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu











