24 dəfə əməliyyat olunan qazi ata oldu - FOTO
Xəbərlər
5 Avqust 2022 22:10

Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd, Suqovuşan istiqamətində qəhrəmancasına döyüşən, aldığı xəsarətlər səbəbi ilə 24 dəfə əməliyyat olunan Ayxan İsayev ata olub.
TƏBİB-dən verilən görə, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu tərəfindən qazi Ayxan İsayevin həyat yoldaşı Bahar İsayeva hamiləlik müddətində xüsusi nəzarət altında olub.
Hamiləlik müddətində müxtəlif problemlərlə qarşılaşan B.İsayeva bir neçə dəfə stasionar şəkildə institutda müalicəsini davam etdirib. Daha sonra isə xəstəyə davamlı ambulator müalicələr tətbiq olunub.
Hamiləliyin 39-cu həftəsində olmasına baxmayaraq, dölün inkişafında ləngimələrin olması və dopler müayinəsi zamanı aşkar olunan problemlərə görə həkim-mama-ginekoloq tərəfindən təcili olaraq qeysəriyyə kəsiyi əməliyyatı icra olunub.
Qazi Ayxan İsayevin çəkisi 2 550 qram, boyu 48 santimetr olan oğul övladı dünyaya gəlib.
Oxunub : 1774
DİGƏR XƏBƏRLƏR
30 Sentyabr 2026 19:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
29 Sentyabr 2026 20:53
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
29 Sentyabr 2026 18:53
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
28 Sentyabr 2026 18:47
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
28 Sentyabr 2026 18:23
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
26 Sentyabr 2026 19:52
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
26 Sentyabr 2026 18:12
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
26 Sentyabr 2026 16:19
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
26 Sentyabr 2026 14:47
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
25 Sentyabr 2026 20:33
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
24 Sentyabr 2026 23:02
Duman yollarda görünüşü məhdudlaşdıracaq
24 Sentyabr 2026 21:43
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
ŞƏRH YAZ












