250-dən çox hərbçiyə əlillik təyinatı aparılıb - Nazirlik

Ölkənin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərkən xəsarət almış hərbi qulluqçuların əlilliyinin səyyar formada əyani müayinələr aparılmaqla operativ qiymətləndirilməsi prosesi davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertlərindən ibarət işçi qrupu Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların səyyar formada əyani müayinələrini həyata keçirir.
Yaralı hərbi qulluqçular paytaxt və regionlar üzrə yaşadıqları ünvanlarda, yaxud tibb müəssisələrində ziyarət edilməklə, onlarla bağlı müayinə aktları tərtib edilir. Hər birinə dair foto və videogörüntülər toplanır.
Hərbi qulluqçuların xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən şəhadətnamələr təqdim olunur. Bundan sonra Səhiyyə Nazirliyinin və digər aidiyyəti qurumların tibb müəssisələri tərəfindən göndəriş elektron sistemə daxil edilir.
Yekun mərhələ olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin göndərişlərə çevik şəkildə baxılaraq əlilliyin qanunvericiliyə uyğun operativ qiymətləndirilməsi aparılır. Artıq 250-dən çox hərbçiyə əlillik təyinatı aparılıb və proses davam edir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO














