26 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - FOTO

Astara Rayon Polis (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 26 kiloqramdan artıq güclü təsiredən xassəyə malik narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumat görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Elvin Ağayev və əvvəllər məhkum olunmuş Sədail Mövlanov saxlanılıblar. Keçirilən baxış zamanı S.Ağayevin üzərindən 3 qramdan artıq narkotik vasitə tiryək aşkarlanıb. E.Ağayevin yaşadığı evə və həyətdəki yardımçı tikililərə keçirilən baxış zamanı isə ayrı-ayrı bağlamalarda ümumilikdə 23 kiloqram 510 qram narkotik vasitə heroin və 3 kiloqrama yaxın tiryək aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və onun deyəcəyi yerə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imişlər.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












