Nəsimidə 3 maşını qaçırıb marketdən oğurluq edənlər saxlanıldı - VİDEO
Xəbərlər
28 Aprel 2021 15:15

Nəsimi rayonunda 3 avtomobil qaçıran və 1 marketdən oğurluq edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində bir neçə gün əvvəl rayon ərazisində yerləşən marketlərin birinin pəncərəsini sındıraraq ora daxil olub obyektdən 834 manatlıq müxtəlif növ tütün və şirniyyat məhsulları, habelə, kassadan 20 manat pul oğurlanmaqda şübhəli bilinən İmişli rayon sakini Zaur Gözəlov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, Z.Gözəlov cari ilin aprel ayında həmyerlisi Şəhriyar Musayevlə birlikdə Nəsimi rayonu ərazisində talama məqsədi olmadan müxtəlif şəxslərə məxsus iki “VAZ 2107” və bir “Ford Transit” markalı nəqliyyat vasitələrini qaçırıb. Həyata keçirilən əməliyyat nəticəsində Ş.Musayev də saxlanılaraq istintaqa təqdim edilib. Hər iki şəxs ifadələrində etdikləri cinayətləri etiraf ediblər.
Onlar barəsində Nəsimi Rayon Polis İdarəsinin İsitntaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq, yaşayış sahəsinə, habelə, binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 185.2.1, 185.2.2-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
Zaur Gözəlov və Şəhriyar Musayevin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.
Oxunub : 2908
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 18:15
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
14 Oktyabr 2026 11:03
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
13 Oktyabr 2026 22:08
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
13 Oktyabr 2026 19:02
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
12 Oktyabr 2026 18:41
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
12 Oktyabr 2026 18:00
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
ŞƏRH YAZ












