3 Azərbaycan vətəndaşı Ermənistana gedib – Turist kimi...

“2022-ci ilin yanvar-iyul aylarında Ermənistana 776 731 turist səfər edib. Eyni dövrdə Azərbaycana 832 186 əcnəbi vətəndaş səfər edib”.
Avtosfer.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, ölkəmizdə quru sərhədlər bağlı olsa da, qəbul etdiyimiz turist sayı daha çoxdur:
“Ölkəmizin quru sərhədləri bağlı, təyyarə biletlərinin “od qiymətinə” olmasına baxmayaraq Azərbaycana gələn turist sayı az da olsa Ermənistandan çoxdur (Ermənistanın Gürcüstan və İranla quru sərhədləri açıqdır). Deməli məmləkətin potensialı var, amma sistemi, turizmə yanaşması doğru deyil.
İlk 7 ayda Ermənistana gələn turistlərin sayında Rusiya 1-ci yerdədir (251 035 nəfər) , 2-ci yerdə ABŞ-dır (13 017 nəfər), 3-cü yerdə Almaniyadır (8554 nəfər), 4-cü yerdə Fransadır (7 687 nəfər), 5-ci yerdə isə Ukraynadır (7 663 nəfər).
Eyni dövrdə Azərbaycana gələn qonaqların 25 %-i Rusiyadan, 23,8 %-i Türkiyədən, 13 %-i İrandan, 5,2 %-i Gürcüstandan, 4,6 %-i Səudiyyə Ərəbistanından gəlib”.
İqtisadçı qeyd edib ki, ABŞ və Avropa Birliyi ölkələrindən gələnlərin sayı çox az olub. Buna səbəb Azərbaycan hökumətinin hələ də ABŞ və AB ölkələri vətəndaşlarından viza tələb etməsidir. Ermənistan isə 15 ildir həmin ölkələrdən viza istəmir.
N. Cəfərlinin bildirdiyinə görə, burada maraqlı detal isə 2022-ci ilin ilk 7 ayında Ermənistana 3 nəfər Azərbaycan vətəndaşının turust kimi səfər etməsidir.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












