“500 manatım oğurlanıb” deyib polisi aldatmaq İSTƏDİ

Dəfələrlə dövlət qurumlarına, eləcə də, polisə bilərəkdən yalan məlumat vermənin hüquqi məsuliyyət yaratdığı barədə xəbərdarlıqlar edilsə də təəssüf ki, bu kimi neqativ hallara hələ də rast gəlinməkdədir.
Daxili İşlər Nazirliyinin (DİN) DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayon sakini E.Fərəcov polisə müraciət edərək idarə etdiyi “Mercedes-Benz Vito” markalı avtomobilə sərnişin qismində əyləşən tanımadığı 3 nəfər şəxs tərəfindən 500 manat pulunun oğurlandığını bildirib.
Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə bilərəkdən yalan məlumat verdiyi və oğurluq hadisəsinin baş vermədiyi müəyyən edilib. Araşdırmalarla məlum olub ki, həmin sərnişinlər yol haqqını vermədiyi üçün E.Fərəcov onların guya avtomobildən oğurluq etməsi ilə bağlı polisə bilərəkdən yalan məlumat verib.
Hazırda faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırmalar aparılır.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












