9 rəhbər şəxs vəzifəsindən azad olundu

Lənkəran-Astara Regional Təhsil İdarəsinin fəaliyyət planına və Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyinin “Monitorinqlərin keçirilməsi barədə” 29 aprel 2024-cü il tarixli elektron məktubunun icrasına uyğun olaraq məktəbəqədər və ümumi təhsil müəssisələrində monitorinqlər həyata keçirilir.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, monitorinqlər nəticəsində aşkarlanan bir sıra nöqsanlar nəticəsində 9 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib.
Rəhbəri vəzifəsindən azad olunan müəssisələr aşağıdakılardır:
- Astara şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
- Astara şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
- Cəlilabad rayon Boyxanlı kənd tam orta məktəbinin direktoru
- Lənkəran rayon Osakücə kənd körpələr evi-uşaq bağçasının müdiri
- Masallı rayon Şərəfə kənd uşaq bağçasının müdiri
- Masallı rayon Türkoba kənd tam orta məktəbinin direktoru
- Masallı rayon Sirəbil kənd ümumi orta məktəbinin direktoru
- Masallı rayon Köhnə Alvadı kənd tam orta məktəbinin direktoru
- Masallı şəhər 3 nömrəli tam orta məktəbinin direktoru
Qeyd edək ki, cari ilin yanvar-may ayları ərzində Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən 14 məktəbəqədər və 18 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb və davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












