AAYDA-nın yeni körpüsü Bakı-Sumqayıt qatarının işə başlamasını yubandırır

Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının fəaliyyətinin bərpasının yubanma səbəbi məlum olub.
Report-un hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, yubanmaya səbəb Bakı-Quba yolu üzərində inşa edilən yol ötürücüsünün (dəmiryolu körpüsünün) standartlara cavab verilməməsidir.
“Bildiyiniz kimi Bakı-Xırdalan- Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının intensivliyini təmin etmək üçün Bakı-Quba yolunun Xırdalan dairəsinin yaxınlığından keçən hissəsində körpünün yenilənməsi həyata keçirildi. Körpünün inşasını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə “Körpü-Bina-Tikinti” MMC (KBT) həyata keçirib.
Tikinti işləri bitdikdən sonra körpüdə test keçidi həyata keçirilib. Sınaq qatarı ilk olaraq 20 km/saat, daha sonra 40 km/saat sürətlə hərəkət edib. Hər iki halda körpünün əsməsi yoxlanılıb. Aşkar edilən nöqsanlar barədə həm AAYDA, həm də KBT-yə məlumat verilib”.
Mənbənin fikrincə, yay aylarında qatarların fəaliyyətinin bərpası gözlənir:
“Hazırda nöqsanların aradan qaldırılması istiqamətində işlər aparılır. Qaldırılan məsələlər nə qədər tez həll edilsə və aidiyyəti strukturlar körpünü istismara qəbul etsə qatarların hərəkəti də həmin vaxt bərpa ediləcək. Yay aylarında sərnişinlər yenidən Bakı-Sumqayıt-Bakı qatarından istifadə edə biləcək”.
Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt qatarının fəaliyyəti 2020-ci ilin avqustun 10-da 3 aylıq dayandırılmışdı. Amma rəsmən açıqlanmayan səbəblərə görə, qatarların hərəkətindəki fasilə hələ də davam edir.
Əlavə edək ki, Bak-Sumqayıt və əks istiqamətdə hərəkət edən sərnişinlər Bakı-Pirşağı-Sumqayıt qatarı ilə mənzilbaşına çata bilərlər.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












