ABŞ 2 ölkə ilə sərhədini BAĞLADI

Koronavirus pandemiyası səbəbindən ABŞ səlahiyyətliləri avqustun 21-dək Kanada və Meksika ilə sərhədləri bağlamaq qərarına gəlib.
APA “CNN”ə istinadən xəbər verir ki, qadağa ilə bağlı bir sıra istisnalar da nəzərə alınıb.
İstisna yalnız ABŞ vətəndaşlarına, müalicə və təhsil almaq üçün ölkəyə üz tutan əcnəbilərə aid edilir.
Qeyd edək ki. iyulun 20-də Kanadanın İctimai təhlükəsizlik və fövqəladə hallara hazırlıq katibi Uilliam Blair jurnalistlərə açıqlamasında bildirmişdi ki, avqustun 9-dan tam peyvənd olunmuş amerikalılar, sentyabrın 7-dən isə tam peyvənd edilmiş dünyanın digər ölkələrinin vətəndaşları Kanadaya gələ biləcəklər.
Bu arada ABŞ Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən peyvəndləmə prosesinin genişləndirilməsi baxımından son həftələrdə müsbət inkişafın müşahidə olduğu bildirilib.
Lakin buna baxmayaraq, COVID-19 infeksiyasının yayılması təhlükə olaraq qalır. Bu səbəbdən müvafiq tədbirlərin görülməsi zəruriliyi vurğulanıb.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












