ABŞ Azərbaycan, Gürcüstan və Türkiyədəki nəqliyyat layihələri ilə maraqlanır

Bu gün ABŞ-ın Kommersiya Departamentinin təşkilatçılığı ilə “Avrasiyanın birləşdirlməsi: Ağıllı limanlar və dəmiryol forum”u (“Connecting Eurasia: Smart Ports and Rail Forum”) işə başlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.
Virtual tədbirdə dəniz və dəmir yolu sektorlarında müasir texnologiyaların istifadə imkanları və ABŞ, həmçinin beynəlxalq maliyyələşdirmə alətləri müzakirə olunur. Forumda həmçinin Gürcüstan, Azərbaycanvə Türkiyənin nəqliyyat dəhlizlərinin inkişafı, həmçinin bu ölkələrdə həyata keçirilən infrastruktur layihələr də nəzərdən keçirilir.
Gürcüstanı forumda iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Genadi Arveladze təmsil edib. O çıxışında deyib ki, Gürcüstan hökuməti liman və dəmir yolu infrastrukturunu inkişaf etdirir, yeni texnologiyalar tətbiq edir, ölkə üzərindən keçən tranzit marşrut barədə beynəlxalq ictimaiyyəti məlumatlandırır və yeni tranzit yüklər cəlb edir.
Nazir müavini təhlükəsiz, etibarlı və effektiv nəqliyyat əməliyyatlarının təmin olunmasında rəqəmsal texnologiya və həllərin önəmli rolundan da danışıb. O, forum iştirakçılarını Gürcüstan limanlarında bir pəncərə prinsipinin tətbiqi və nəqliyyat dəhlizinin rəqəmsallaşdırılması ilə bağlı atılan addımlar barədə də məlumatlandırıb.
Tədbirin təşkilinə ABŞ-ın Gürcüstan, Azərbaycan və Türkiyədəki səfirlikləri də dəstək verib.
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?
Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR
Bakıda marşrut xətlərinə REKORD SAYDA avtobus buraxılacaq
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO











