ABŞ-da jurnalisti öldürən azərbaycanlı "Lotu Quli"nin ADAMI ÇIXDI - FOTO

ABŞ-da İran dissidenti Məsih Əlinejadı qətlə yetirməkdə şübhəli bilinərək Xalid Mehdiyev saxlanılıb.
Azərbaycan vətəndaşı olan 23 yaşlı X.Mehdiyevlə bağlı bəzi təfərrüatları məlum olub.
Lent.az xəbər verir ki, İranın tanınmış hüquq müdafiəçisi və jurnalist Məsih Əlinejadın həyatına qəsddə şübhəli bilinən Azərbaycan vətəndaşı Xalid Mehdiyevin kriminal aləmin üzvü olduğu məlum olub.
O, kriminal aləmdə "Əhmədli Xalid" kimi tanınır. Onun mərhum qanuni oğru "Lotu Quli" ləqəbli Nadir Səlifovun tərəfdarı olduğu bildirilir.

Yaşı az olmasına baxmayaraq, "Əhmədli Xalid" kriminal "razborka"larda iştirak edib və sifarişli cinayətlər törətdiyi qeyd edilir.
Həmçinin bildirilir ki, ABŞ polisi Xalid Mehdiyevin “Subaru Forester” markalı avtomobilindən “AK-47” avtomat silahı, patron darağı və 1000 dollar pul aşkarlayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl İranın tanınmış hüquq müdafiəçisi və jurnalisti Məsih Əlinejadın həyatına qəsddə şübhəli bilinən Xalid Mehdiyevin fotosu dərc edilib. Məlumata görə, 23 yaşlı X.Mehdiyev iki dəfə hüquq müdafiəçisinin Bruklin ərazisindəki evində peyda olub. Müşahidə kameraları qurbanını izləyən şübhəli şəxsin görüntüsünü qeydə alıb.
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ











