Corc Kent: "Rusiya Qarabağ münaqişəsinin qalmasına cəhd göstərir"

“Ola bilsin ki, Rusiya Dağlıq Qarabağ ətrafında münaqişənin tənzimlənməsinə deyil, onun qalmasına cəhd göstərir”. Avtosfer.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Asiya işləri üzrə köməkçisinin müavini Corc Kent “Türk irsi” qeyri-hökumət təşkilatının internet-seminarındakı çıxışında bildirib. “Azərbaycan hakimiyyətinin Rusiya sülhməramlılarının Dağlıq Qarabağda uzunmüddətli qalmaq cəhdindən narazılığının artacağını gözləyirəm”, - o deyib. ABŞ diplomatı həmçinin Rusiyanı münaqişəni uzatmaqda ittiham edib: “Gürcüstan xarici işlər nazirinin müavini noyabrda belə deyib: “Bu şərait 1998-ci ildə bizim (Gürcüstan - red.) düşdüyümüz vəziyyətə oxşayır. Bundan sonra Azərbaycan 2008-ci ildə bizim (Gürcüstanın - red.) vəziyyətinə düşəcək. Bunun ardınca Azərbaycan bizim indi olduğumuz vəziyyətdə olacaq. Bu, çox bədbindir. Ancaq Rusiyanın Qarabağ münaqişəsini manipulyasiya etməsi baxımından real dəyərləndirmədir. Rusiya öz maraqlarının təmini üçün Ermənistan və Azərbaycanın problemin tənzimlənməsində irəliləməsinə imkan vermir”.
C.Kent vurğulayıb ki, ABŞ Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayanmasını alqışlayır: "İndiyədək münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupu çərçivəsində davam edib. Hesab edirəm ki, bu mexanizmin qarşısında indi bəzi çağırışlar durur. Fəaliyyətimizi (həmsədrləri nəzərdə tutur - red.) davam etdirməyə doğrudan maraq varmı?” ATƏT-in Minsk qrupu iki ölkənin (Azərbaycan və Ermənistanı nəzərdə tutur - red.) mexanizmə yardım etməyə hazır olduqları dərəcədə başlıca rol oynayacaq. Rusiyanın niyyəti ilə bağlı məsələ açıq alır. Rəsmi Moskva ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəsilə atəşkəsin əldə olunmasını istəmir... Rusiya bunu üçtərəfli formatda təmin edib” .
Diplomat mövcud vəziyyətin perspektivdə Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşması üçün əlverişli şəraitin yaranacağını da proqnozlaşdırıb.
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb
Bakının 30 yol sahəsində təmir işləri YEKUNLAŞDIRILIB
Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO
Sərhəd buraxılış məntəqələrində gözləyən yük maşınlarının sayı AÇIQLANDI
Bakıxanovda məhəllənin ortasında yanğın baş verib - VİDEO
Kamran Əliyev həmin polkovniki qəbul etdi - İcra başçısı həbs edilə bilər? - FOTO
Bakıda dəhşətli qətl baş verdi - FOTO
Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Səkkiz marşrutun hərəkət istiqaməti dəyişdirildi
Bakıda mənzillər ancaq bu halda ucuzlaşa bilər - AÇIQLAMA
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ










