ABŞ mətbuatı: İran nüvə silahı hissələri istehsal etməyə başlayıb

İran Kərəc şəhərində yerləşən zavodda uranın zənginləşdirilməsi üçün sentrifuqa avadanlıqlarının istehsalını tam bərpa edib.
Mənbə bu barədə qərbli diplomatlara istinadən məlumat yayıb.
Diplomatlar qeyd edir ki, nüvə sentrifuqaları üçün avadanlığın istehsalı İranla nüvə sazişinə dair danışıqları bərpa etmək istəyən ABŞ prezidenti Co Bayden administrasiyası üçün problemli məsələyə çevrilib.
Diplomatlar həmçinin qeyd ediblər ki, Tehranın qərbində yerləşən Kərəc şəhərindəki obyektdə istehsalın bərpası İranın nüvə silahına sahib olacağına dair narahatlıq yaradır.
Qeyd edək ki, sentrifuqalar zənginləşdirilmiş uranın daha yüksək saflıq səviyyəsinə çıxarılması məqsədilə mülki məqsədlər üçün və ya nüvə silahı üçün istifadə olunur.
Xatırladaq ki, Kərəc zavodunda işlər iyun ayında - müəssisəyə düzənlənən hücumdan sonra dayandırılıb.
İran hücumda İsraili günahlandırsa da, İsrail tərəfi bu iddiaları rədd edib.
Mənbə: Wall Street Journal
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu











