ABŞ öz vətəndaşlarını Əfqanıstanı tərk etməyə çağırdı

ABŞ-ın Əfqanıstandakı Səfirliyi ölkə vətəndaşlarına müraciət edib. Səfirlik mövcud uçuşlardan istifadə edərək Kabil və digər şəhərləri dərhal tərk etməyi tövsiyə edib.
"Təyyarə bileti ala bilmirsinizsə, vətənə qayıtmaq üçün ABŞ-ın Kabildəki Səfirliyi ilə əlaqə saxlayın", - Səfirliyin açıqlamasında bildirilir.
Qeyd edək ki, "Taliban" artıq ölkənin 3-cü böyük şəhəri olan Herat şəhərinə də nəzarəti əsasən təmin edib. Bundan əvvəl isə qruplaşmanın Qəndəharı ələ keçirdiyi deyilirdi. Hazırda ölkənin əksər bölgələrində "Taliban"la hökumət qüvvələri arasında güclü atışmalar gedir. Əfqanıstanda son aylarda kənd və sərhəd bölgələrində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlərə hücum edən "Taliban"la hökumət qüvvələri arasında qarşıdurma bir neçə ildir davam edir. Vəziyyətin gərginləşməsi Amerika ordusunun Əfqanıstandan geri çəkilməsi fonunda baş verir.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












