Abşeron Gənclər Şəhərciyindəki “şəlalə” sakinlərin narazılığına səbəb olur - VİDEO

Abşeron Gənclər Şəhərciyində yaşayan sakinlər ciddi problemlə qarşı-qarşıyadır.
Bu barədə Oxu.Az-a şikayət daxil olub.
Belə ki, Bakı-Sumqayıt yolunun üstündə yerləşən Abşeron Gənclər Şəhərciyində bina sakinləri çirkab sulardan əziyyət çəkir.
Sakinlər iddia edir ki, bu gün yaşadıqları yer asanlıqla Abşeronun ən çirkli nöqtəsi adlandırıla bilər:
“Hər səhər şəhərciyin küçələrindən su axır. Kommunal xidmətlər üçün aylıq ödəniş yığan, eyni zamanda şəhərcik üçün heç bir şey etməyən komendantlar bizi problemlərlə baş-başa qoyur. Hər yerdə antisanitar vəziyyət hökm sürür. Küçədə qeyri-rəsmi şəkildə mal-qara kəsilir, dəhşətli üfunət iyi var. Narazılığımızı bir neçə dəfə dilə gətirsək də, cavab ala bilmirik.
Qəsəbənin ciddi şəkildə yoxlanılmağa ehtiyacı var. Antisanitariya şəraiti, komendantların vəzifələrini yerinə yetirməməsi, qəsəbə işçilərinin diqqətsizliyi səbəbindən hər səhər su itkisi baş verir. Tək problem bu deyil. Burada yollar pis gündədir, binalar çox xaotik şəkildə inşa edilib ki, bu da müəyyən mənada problemlər yaradır. Hər şey çox üzücüdür”.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












