Abşeronda evlərdən 40 min manatdan artıq oğurluq edilib - FOTO - VİDEO

Abşeron rayonu Masazır qəsəbəsində evlərdən birindən oğurluq edilib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bu barədə zərərçəkən Abşeron Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, evə tamah niyyəti ilə daxil olan naməlum şəxslər ona xeyli miqdarda ziyan vurmaqla oğurluq hadisəsi törədiblər. Həmin şəxslər mənzildən ümumi dəyəri 22 min 530 manat olan televizor, geyim əşyaları, eləcə də, digər məişət əşyaları və 3800 manat məbləğində nağd pul oğurlayıblar.
Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Etibar Talıbov və Nicat Kərimov saxlanılıblar.
Onlar ifadələrində etdikləri hadisəni etiraf ediblər. Adları çəkilən şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə müəyyən edilib ki, onlar Masazır qəsəbəsində daha 3 evdən televizor, mətbəxt avadanlıqları, noutbuk, istilik radiatorları, velosiped və digər əşyalar oğurlayıblar. Etibar Talıbov və Nicat Kərimovun ümumilikdə zərərçəkənlərə 40 min manatdan artıq maddi ziyan vurduğu məlum olub.
Faktla bağlı Abşeron RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə ciayət işi başlanılıb.
"Etibar Talıbov və Nicat Kərimovun Abşeron rayonu, eləcə də, paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, həmçinin, Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat vermələrini xahiş olunur", - Mətbuat xidmətindən bildirilib.


Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO
Bakıda kabab evində at DNT-si aşkarlanıb - FOTO
Onlayn kazino şəbəkəsinin rəhbəri saxlanılaraq Azərbaycana gətirildi - VİDEO
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb
Bakının 30 yol sahəsində təmir işləri YEKUNLAŞDIRILIB
Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO
Sərhəd buraxılış məntəqələrində gözləyən yük maşınlarının sayı AÇIQLANDI
Bakıxanovda məhəllənin ortasında yanğın baş verib - VİDEO
Kamran Əliyev həmin polkovniki qəbul etdi - İcra başçısı həbs edilə bilər? - FOTO










