Əsəbiləşib özünə xəsarət yetirən futbolçu ilə bağlı QƏRAR

Xəbərlər 20 Avqust 2026 12:48
Əsəbiləşib özünə xəsarət yetirən futbolçu ilə bağlı QƏRAR
WhatsApp kanalımıza abunə olun

Misli Premyer Liqasının I turunun "Sumqayıt" – "Neftçi" oyununda birbaşa qırmızı vərəqə alan "Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadə 5 oyunluq cəzalandırılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Təcavüzkar davranışa görə cəzalandırılan futbolçuya görə "Sumqayıt" klubu 3 min manat cərimə olunub. Eyni qarşılaşmada həmçinin 4 futbolçusu sarı vərəqə alan "Neftçi" 700 manat cərimələnib.

Sözügedən turda baş tutan "Qarabağ" – "Şamaxı" matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılan qonaq komanda 700 manat cərimələnib.

Xatırladaq ki, “Sumqayıt” klubunun kapitanı Səbuhi Abdullazadə “Neftçi” ilə matçda qırmızı vərəqə alıb meydandan çıxarkən stadionun qapısını sındırıb və nəticədə şüşə onun ayağına düşərək ciddi zədə almasına səbəb olub. Futbolçu bu səbəbdən əməliyyat edilib.

Oxunub : 146
ŞƏRH YAZ
Ad

E-mail

Şərh