Ağacların məhv edilməsilə bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib - FOTO

Bakı şəhəri, Ziya Bünyadov prospekti 1 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat əsasında aparılan araşdırma başa çatıb.
Xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı ərazidə 50-dək çinar, şam və leylandr ağaclarının kökündən çıxarılaraq məhv edildiyi və təbiətə 12 min manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib:
“Aparılan araşdırma zamanı o da məlum olub ki, ağaclar “Magistral Ekspres” ASC tərəfindən 2020-ci ildə əkilib. Ərazinin isə yüngül konstruksiyalı obyektlərin quraşdırılması məqsədilə "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinə verildiyi iddia olunur”.
V.Cavadovun sözlərinə görə torpaq sahəsi ilə bağlı bir neçə müddətdir ki, tərəflər arasında məhkəmə çəkişməsinin getdiyi aydın olub.
Məhv edilən ağacların yerində artıq yeni ağaclar əkildiyi bildirilir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












