Ağalıda çadır tipli kəsim məntəqəsi fəaliyyətə başlayıb - FOTO

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində istehlakçıların sağlamlığının qorunması, təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi məqsədilə mütəmadi tədbirlər həyata keçirilir. Belə ki, paytaxt və respublikanın müxtəlif rayonlarında müasir, standartlara cavab verən stasionar kəsim məntəqələrinin yaradılması təşviq edilir, eləcə də stasionar məntəqələr olmayan ərazilərdə çadır tipli kəsim məntəqələri qurulur.
AQTA-dan Avtosfer.az-a verilən xəbərə görə, bu məqsədlə avqustun 15-də Zəngilan rayonunun Ağalı kəndində çadır tipli heyvan kəsimi məntəqəsi və baytarlıq-sanitariya ekspertizasının aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası fəaliyyətə başlayıb. Həmçinin Agentlik əməkdaşları tərəfindən Ağalı kəndində iri və xırdabuynuzlu heyvanlara baytar nəzarəti həyata keçirilib və heyvanlardan nümunələr götürülərək laborator müayinələr aparılıb. Qeyd edək ki, çadır tipli kəsim məntəqəsində heyvanlar baytarlıq nəzarətindən keçməklə və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilərək vətəndaşlara təqdim ediləcək. Bununla yanaşı, məntəqəyə kəsimə gətirilən iri və xırdabuynuzlu heyvanların müayinəsi zamanı xəstəliyə şübhə olarsa, nümunələr biotəhlükəsizlik səviyyəli səyyar laboratoriyada analizlərə cəlb olunacaq.
Çadır tipli kəsim məntəqəsi heyvanın kəsilməsi, soyulması və doğranmasına qədər bütün prosesi həyata keçirmək üçün gigiyenik tələblərə uyğun lazımi avadanlıqlarla təchiz edilib.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO


















