Ağcabədidə telefon oğurluğuyla məşğul olan şəxs saxlanıldı

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara məxsus mobil telefonları ələ keçirən şəxs müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az -a verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə bir neçə rayon ərazisində sakinlərin etibarından sui-istifadə edərək onların mobil telefonlarını ələ keçirən Laçın rayon sakini Ruslan Mirzəyev saxlanılıb. İlkin araşdırmalarla R.Mirzəyevin ayrı-ayrı şəxslərə məxsus 10 mobil telefonu danışıq məqsədi ilə istəyərək daha sonra mənimsədiyi müəyyən edilib. Bununla da vətəndaşlara 3600 manatdan artıq ziyan vurub.
Onun digər cinayətlər törətməsi istisna edilmir. R.Mirzəyevin qanunsuz əməllərindən əziyyət çəkən vətəndaşlar varsa “102” Xidməti-Zəng Mərkəzinə və Ağcabədi Rayon Polis Şöbəsinin 021-275-50-17 nömrəsinə müraciət etmələri xahiş olunur.
Faktla bağlı araşdırma aparılır.
Sudan xüsusi məqsədlərlə istifadəyə görə ödənişlər bu gündən qüvvəyə minir - RƏSMİ
Hospital binanın həyətində olan parklanma yerlərini zəbt edib? - VİDEO
Ramiz Mehdiyevə yeni ittiham elan olunub
FHN əhaliyə XƏBƏRDARLIQ EDİB
Sürücülərin NƏZƏRİNƏ: Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaq
Prezident Qırğızıstana gedəcək - Media nümayəndələri yola düşdü
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO
Leysan olacaq - XƏBƏRDARLIQ
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi










