Ağdama çəkilən yoldakı körpüdən tələ minalar aşkarlandı - VİDEO

İşğaldan azad edilən Ağdam şəhərinə aparan avtomobil yolunun çəkilişi sürətlə davam edir. Hazırda tikinti Ağdamın Təzəkənd kəndi ərazisində aparılır. Ağdama çəkilən yoldakı körpüdən tələ minalar aşkarlanıb.
Avtosfer.az bildirir ki, Trend-in çəkiliş qrupu kənddə olub və yol çəkilişini lentə alıb.
Tikinti ilə paralel olaraq yolun keçəcəyi kəndlərin ərazisi - yol yataqları və ətrafları minalardan və partlamamış sursatlardan təmizlənir. Azərbaycan Minatəmizləmə Agentliyinin bölgədəki əməkdaşı Xaliq Zülfüqarov Trend-in Qarabağ bürosuna bildirib ki, yolun Qərvənd kəndi ərazisindən keçən hissəsi artıq minalardan tam təmizlənib. Xaçın çayının üzərindək körpüdən isə ermənilərin quraşdırdığı 15 ədəd tank əleyhinə, 25 ədəd isə piyada əlehinə mina aşkarlanıb. Mütəxəsislərin rəyinə görə düşmən minaları xüsusi hiyləgərliklə yerləşdirib.
Qeyd edək ki, Ağdama gedən 45 km uzunluğunda olacaq yeni avtomobil yolu birinci texniki dərəcəyə uyğun olaraq 26,5 metr enində layihələndirilib. 4 hərəkət zolağı nəzərdə tutulan yolun, yol çiyinlərinin eni 3 metr, ayrıcı zolağının eni 2 metr, bərkidici zolaqlar isə 0,75 metr olacaq. Eyni zamanda işğaldan əvvəl Xaçın çay və Uzun Dərədən keçən avtomobil, eləcə də dəmir yol körpülərinin, həmçinin suötürücü borular, mal-qara keçidləri inşa edilməsi planlaşdırılıb.

Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












