Ağdama dəmiryolu çəkilir - VİDEO

30 ilə yaxın işğal altında qalan ərazilərimizin düşməndən azad edilməsi ilə bir sıra infrastruktur layihələrinin icrasına start verilib. Belə layihələrdən biri də Bərdə-Ağdam dəmiryolu xəttinin yenidən qurulmasıdır. Hazırda dəmiryolunda tikinti işləri sürətlə davam edir.
Ümumi uzunluğu 50 kilometr olan dəmir yolu xətti 2 mərhələdə çəkiləcək. Hazırda dəmiryolu xəttinin 1-ci mərhələsi üzrə uzunluğu 21 kilomter olan Bərdə - Köçərli - Təzəkənd hissəsində tikinti işləri aparılır.
2-ci mərhələdə isə dəmiryolunun uzunluğu 29 kilometr olan Təzəkənd - Ağdam hissəsi inşa ediləcək. Hazırda bu hissənin minalardan təmizlənməsi və layihələndirmə işləri aparılır.
İqtisad elmləri doktoru Fuad İbrahimov deyir ki, Bərdə - Ağdam dəmiryolunun tikintisi işğaldan azad edilmiş ərazilərin bərpasını sürətləndirəcək. Onun sözlərinə görə, təbii sərvətlərlə zəngin olan Qarabağda sənaye infrastrukturu qurulduqdan sonra istehsal ediləcək məhsulların yerli və xarici bazarlara çıxarılması sözügedən dəmiryolu sayəsində asanlaşacaq.
İşlərin qısa müddətdə yekunlaşdırılması nəzərdə tutulub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












