Ağdamda avtoxuliqanlıq edən şəxs həbs edilib - FOTO
Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıq şəkildə hörmətsizlik edən sürücü həbs edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən xəbərə görə, DYPB-nin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla xuliqanlıq edərək rayon ərazisində ictimai qaydanı nümayişkaranə şəkildə pozan Eldəniz Məmmədov saxlanılıb. Həmin şəxs saxlanıldıqdan sonra RPŞ-yə gətirilib, onun sürücülük vəsiqəsinin də olmadığı müəyyən edilib. İdarə etdiyi avtomobil müvəqqəti duracağa yerləşdirilib.
E.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Qərara əsasən o, 15 gün müddətinə inzibati qaydada həbs edilib
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA














