Ağdamda əmioğlular bıçaqlanıb, biri ölüb

Ağdam rayonunda qətl hadisəsi baş verib.
Avtosfer.az-ın xəbərinə görə, Mahrızlı kənd sakini, 25 yaşlı Gəray Gərayev əmisi oğlu Ülfət Gəraylını bıçaqlayıb.
Ülfət Gəraylının qardaşı Ülvü Gəraylı isə G.Gərayevə çoxsaylı bıçaq xəsarətləri yetirib. Hadisə nəticəsində G.Gərayev ölüb.
Ü.Gəraylı tutularaq istintaqa cəlb edilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
İyulun 18-i saat 23 radələrində 1996-cı il təvəllüdlü Gəray Gərayevin Ağdam rayonu ərazisində qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əmisi oğlu 2003-cü il təvəllüdlü Ülvü Gərayzadə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gəray Gərayevə çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürüb.
Faktla bağlı Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ülvü Gərayzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq davam edir.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












