Ağdaş sakinlərində narkotik aşkar edilib - FOTO

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı, eləcə də çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı Ağdaş şəhər sakini Araz Cabbarov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən həyətyanı sahədən xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 21 kiloqramdan artıq olan 22 ədəd çətənə kolu aşkarlanıb. Həmçinin, davam etdirilən tədbirlərlə onun evində gizlətdiyi 118 qram heroin, qurudulmuş marixuana və “patı” kimi tanınan psixotrop maddə metamfetamin də qablaşdırılaraq maddi sübut kimi götürülüb. Keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə üzərində psixotrop maddə daşımaqda şübhəli bilinən şəhər sakini Mahir Vəliyev saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən metamfetamin aşkarlanaraq götürülüb.
Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub və faktlarla bağlı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO

















