Ağdaşda avtomobil təmiri sexi yanıb, bir neçə nəqliyyat vasitəsi yanıb
Xəbərlər
25 Avqust 2021 00:42

Ağdaşda yanğın hadisəsi qeydə alınıb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Babək küçəsində qeydə alınıb.
Belə ki, həmin küçədə fəaliyyət göstərən rayon sakini Gülbəniz Məmmədliyə məxsus avtomobil təmiri sexində qəfildən yanğın başlayıb. Hadisə zamanı ümumi sahəsi 532 kv metr olan 17 təmir sexindən 4-ü, yəni 140 kv metr hissəsi yanıb. Alov qısa zamanda genişlənib, bu zaman sexdə təmir üçün dayanmış iki ədəd avtomobil “Opel” və “VAZ-2106” markalı avtomobillər yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub və yanğın söndürülüb.
Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 4266
DİGƏR XƏBƏRLƏR
9 Oktyabr 2026 22:29
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
9 Oktyabr 2026 18:47
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
9 Oktyabr 2026 18:22
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
9 Oktyabr 2026 16:11
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
8 Oktyabr 2026 21:44
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
8 Oktyabr 2026 12:41
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
8 Oktyabr 2026 11:53
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
8 Oktyabr 2026 11:14
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
8 Oktyabr 2026 11:11
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
8 Oktyabr 2026 09:24
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
7 Oktyabr 2026 22:17
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
7 Oktyabr 2026 21:41
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
ŞƏRH YAZ












