Qapalı məkan və nəqliyyatda maska taxmayanlar CƏRİMƏLƏNDİ - FOTO

Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması məqsədilə Ağdaş rayonu ərazisində qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı mağazalarda bəzi alıcı və satıcılar tərəfindən tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyi, eləcə də kassaların önündə sosial məsafə gözlənilmədiyi aşkarlanıb.
Onlarla profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub. Özlərinin və digərlərinin sağlamlığı üçün hər bir şəxsin özündə məsuliyyət hiss etməli olduğu diqqətə çatdırılıb.
İctimai nəqliyyatda –avtobus və taksilərdə də keçirilən nəzarət tədbirləri zamanı tibbi maskadan istifadə etməyən, marşrutlara normadan artıq sərnişin mindirməklə sıxlıq yaradan sürücülərə rast gəlinib.
Onlara qaydalar izah olunub və barələrində intizam tənbeh tədbirləri görülüb.
Foto
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?














