Ağdaşda "moyka"dan oğurluq edildi - FOTO

Ağdaş Rayon Polis Şöbəsinə rayonun Ləki qəsəbəsində yerləşən avtomobil yuma məntəqəsinin saxlanc yerindən plastik boruların və müxtəlif işıqlandırma avadanlıqlarının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, müraciətlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin əvvəllər də məhkum olunmuş, iyirmi yaşlı Ləki qəsəbə sakini Əşrəf Əhmədov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin Abad kəndindəki mağazadan da siqaret, telefon danışıq kartları, pul, eləcə də müxtəlif ərzaq məhsulları oğurladığı və zərərçəkmişə 1 063 manat dəyərində maddi ziyan vurduğu məlum olub.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu












