Ağdaşda narkotik və “patı” satışı ilə məşğul olan şəxslər saxlanılıb - FOTO
Xəbərlər
7 Avqust 2021 12:10

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin,eləcə də narkotik tərkibli bitkilərin kultivasiyasının qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayonun Binələr kənd sakini Ramil Ağammədov saxlanılıb.
Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 22 kiloqram 350 qram olan 23 ədəd çətənə kolu, həmçinin 60 qrama yaxın qurudulmuş marixuana qablaşdırılaraq maddi sübut kimi götürülüb.
Keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində isə psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş şəhər sakini Elməddin Cümşüdov saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən “patı” kimi tanınan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.







Oxunub : 1074
DİGƏR XƏBƏRLƏR
11 Sentyabr 2026 22:22
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
11 Sentyabr 2026 19:30
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11 Sentyabr 2026 19:04
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
11 Sentyabr 2026 18:17
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
11 Sentyabr 2026 18:11
Daha bir ekspres marşrut xətti AÇILIR
10 Sentyabr 2026 22:03
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
10 Sentyabr 2026 20:21
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
10 Sentyabr 2026 19:22
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
10 Sentyabr 2026 18:54
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
10 Sentyabr 2026 11:14
İlham Əliyev Fərman İMZALADI
10 Sentyabr 2026 10:41
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO
9 Sentyabr 2026 23:32
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ
ŞƏRH YAZ










