Ağdaşda şadlıq saraylarında və evlərdə təşkil edilən toylarda karantin qaydaları pozulub - FOTO

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlar tərəfindən şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən toy mərasimlərində yoxlamalar aparılıb, bəzilərində qaydaların pozulduğu aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az - a verilən məlumata görə, “Samir” şadlıq sarayında təşkil edilən toy mərasimində məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, “Ümid” restoranında isə mərasimdə iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu müəyyən edilib. Həmin obyektlərin icarədarları Səbuhi Mustafayev və Sadiq Məmmədov inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.
Həmçinin, rayonun Yenicə, Aşağı Nematabad, Qaradeyin,Qarasuqumlaq,Pirkəkə, Qobuüstü və Kotavan kəndlərində fərdi evlərdə təşkil edilən toy mərasimlərində 50 nəfərdən artıq qonağın iştirak etdiyi aşkarlanıb. Həmin toy sahibləri barəsində də qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.


Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












