Ağsu sakininin həyətində 85 kq-dan artıq narkotik aşkarlanıb - FOTO
Xəbərlər
10 Sentyabr 2021 14:33

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Bico kənd sakini, əvvəllər də dəfələrlə məhkum olunmuş Bəhruz Mahmudov saxlanılıb.
Onun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 85 kiloqramdan artıq olan 13 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.
Araşdırma zamanı saxlanılan şəxsin narkotik tərkibli bitkiləri bir müddət həm şəxsi istifadəsi, həm də satış məqsədilə becərdiyi məlum olub.
Faktla bağlı Ağsu rayon Polis Şöbəsində cinayət işi başlanılıb, B.Mahmudovun ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Oxunub : 896
DİGƏR XƏBƏRLƏR
9 Oktyabr 2026 22:29
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
9 Oktyabr 2026 18:47
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
9 Oktyabr 2026 18:22
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
9 Oktyabr 2026 16:11
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
8 Oktyabr 2026 21:44
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
8 Oktyabr 2026 12:41
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
8 Oktyabr 2026 11:53
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
8 Oktyabr 2026 11:14
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
8 Oktyabr 2026 11:11
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
8 Oktyabr 2026 09:24
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
7 Oktyabr 2026 22:17
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
7 Oktyabr 2026 21:41
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
ŞƏRH YAZ












