Azərbaycanda deputatın babasından qalma antikvar samovar oğurlanıb - FOTO - YENİLƏNİB

Azərbaycanda deputatın qardaşının evindən oğurluq edilib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə ki, hadisə Ağsu rayonunun mərkəzində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.
Belə ki, rayon sakini, Milli Məclisin deputatı Tahir Kərimlinin qardaşı Fəxrəddin Kərimli ona məxsus evdən antikvar samovar və elektrik kabellərinin oğurlanması barədə rayon polis şöbəsinə müraciət edib.
"Bakıya getmişdim, qayıdandan sonra gördüm ki, evimizə oğrular girib. Oğrular evdə müəyyən ziyanlı işlər görüblər. Samovar babalarımızdan qalma əşya idi və antikvar idi", - zərərçəkən F.Kərimli deyib.
Hadisəni törədən Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Eyvazov saxlanılıb.
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır
Məlumat üçün bildirək ki, Fəxrəddin Zayıdağa oğlu Kərimli 2020-ci ildə Milli Məclisə keçirilən seçkilər zamanı T.Kərimlinin rəhbəri olduğu Vəhdət Partiyasının səlahiyyətli nümayəndəsi olub
11:10
Ağsuda şəhər ərazisində yerləşən fərdi yaşayış evindən antik samovar və elektrik kabellərinin oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən Ağsu şəhər sakini, əvvəllər də məhkum olunmuş Elçin Eyvazov saxlanılıb.
Oğurladığı samovar onun yaşadığı ünvandan maddi sübut kimi götürülüb.
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?
Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR
Bakıda marşrut xətlərinə REKORD SAYDA avtobus buraxılacaq
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO










