Ağsuda naməlum şəxs evləri, tövlələri yandırıb, bir nəfəri döyüb - FOTO

Ağsu rayonunda gecə saatlarında vətəndaşlara məxsus evlər, tövlələr yandırılıb.
APA-nın xəbərinə görə rayonun Keçidməz kənd sakinləri DİN-in 102 Məlumat Mərkəzinə müraciət edərək onlara məxsus tövlələrə, evlərə od vurulması, yanğın zamanı tikililərin çardaq hissəsinin, ot bağlamalarının yanması barədə məlumat veriblər. Ev sahiblərindən biri gecə vaxtı həmin naməlum şəxsi tutmaq istəyərkən onunla əlbəyaxa olub və döyülüb.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki Regional Qrupunun baş inspektoru Mahir Məsimov APA-nın yerli bürosuna bildirib ki, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, hazırda araşdırma aparılır. Mahir Məsimov qeyd edib ki, son günlər həmin kənddə baş verən hadisələrlə əlaqədar olaraq ərazidə polis naryadları tərəfindən gücləndirilmiş xidmət təşkil olunub.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?

















