"Aİ-98" benzininin idxalı 6 dəfədə çox artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xaricdən dəyəri 1,273 mln. ABŞ dolları dəyərində (2,164 mln. manat) 1 563,19 ton "Aİ-98" ("Super") markalı benzin idxal edib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, idxal olunan benzinin həcmi 30,9%, dəyəri isə 28,9% artıb. Cari ilin ilk yarısında Azərbaycana "Super" markalı benzininin əsas ixracatçısı Rumıniya olub (idxalın 84,1%-i). Ölkə Azərbaycana 1,076 mln. dollar (1,830 mln. manat) dəyərində 1 325,74 ton "Aİ-98" " benzini ixrac edib. Bu, illik müqayisədə müvafiq 6,6 dəfə və 6,3 dəfə çoxdur.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan 2,097 mln. dollar (3,564 mln. manat) dəyərində 2 654,36 ton "Aİ-98" benzini idxal edib.
Xatırladaq ki, avqustun əvvəlində yanacağın alış qiymətinin artması səbəbindən Azərbaycanda "Aİ-98" ("Super") avtomobil benzininin qiyməti 1,55 manatdan 1,6 manatadək yüksəlib.
Bir milyon manatlıq DƏLƏDUZLUQ İDDİASI: Bahalı avtomobil kolleksiyası olan iş adamı hakim qarşısında
Ayaz oyuncaq istəmişdi, Mehriban Əliyeva əsl "KamAZ" hədiyyə etdi – VİDEO
Paytaxtda piyadaların təhlükəsizliyi artırılır - VİDEO
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
Ermənilər quru sərhəddən keçərək Azərbaycana gəldi - FOTOLAR
Paytaxtın iki prospektində hərəkət MƏHDUDLAŞDIRILACAQ
Azərbaycanda güclü zəlzələ oldu - YENİLƏNİB
Prezident Nazirliklə bağlı FƏRMAN İMZALADI
İlham Əliyev MDB ilə bağlı sənədi imzaladı
Prezident bu hərbçiləri təltif etdi - SİYAHI
Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş 300 metrədək məhdudlaşacaq










