"AKINCI" PUA-ları sabah Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına keçəcək

"Bayraktar AKINCI" pilotsuz uçuş aparatı sabah Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına keçəcək.
Avtosfer.az xəbər verir ki, "Baykar" şirkəti tərəfindən daxili və milli resurslarla hazırlanan "Bayraktar AKINCI" sabah keçiriləcək mərasimdə təhlükəsizlik qüvvələrinə təqdim olunacaq.
"Bayraktar AKINCI"nin hazırlanması zamanı 3 prototip təqdim olunub. PUA-lar ilk uçuşunu 6 dekabr 2019 -cu ildə həyata keçirib. Prototiplərin ardınca ilk dronların seriyalı istehsalına başlanılıb.
"Bayraktar AKINCI" PUA-sı milli istehsalı olan təyyarənin qalxa biləcəyi ən hündür nöqtəyə qalxaraq Türkiyə aviasiya tarixində rekordu qırıb.
Bayraktar PUA-sı ilə də hava bombardmanı mümkün olacaq ki, bu da döyüş təyyarələrinə düşən yükü azaldacaq. Milli istehsalı olan hava-hava raketləri ilə təchiz ediləcək pilotsuz uçan aparat beləliklə hava hədəflərini zərərsizləşdirə biləcək.///trend
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












