Aksiz markasız külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb - FOTO
Xəbərlər
19 Avqust 2021 13:00

Dövlət Gömrük Komitəsi (DGK) Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə Azərbaycan Respublikasının vətəndaşına məxsus və ölkənin aksiz markası ilə markalanmamış külli miqdarda tütün məmulatının Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən mənzildə satış məqsədilə saxlanılması və realizə olunması barədə əməliyyat məlumatı daxil olub.
Avtosfer.az xəbər verir ki, bu barədə DGK məlumat yayıb.
Bildirilir ki, bununla əlaqədar yaradılan əməliyyat qrupu qeyd edilən ünvanda məhkəmənin qərarına əsasən axtarış həyata keçirib. Axtarış zamanı evin mətbəxində Azərbaycana məxsus aksiz markası ilə markalanmamış müxtəlif adda cəmi 128 300 ədəd siqaret aşkar olunub.
Adı çəkilən şəxslə sorğu-sual zamanı o, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən mənzildə də aksiz markasız siqaretlərin olduğunu bildirib. Daha sonra həmin mənzildən müxtəlif adda cəmi 63 800 ədəd siqaret aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Oxunub : 968
DİGƏR XƏBƏRLƏR
9 Oktyabr 2026 22:29
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
9 Oktyabr 2026 18:47
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
9 Oktyabr 2026 18:22
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
9 Oktyabr 2026 16:11
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
8 Oktyabr 2026 21:44
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
8 Oktyabr 2026 12:41
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
8 Oktyabr 2026 11:53
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
8 Oktyabr 2026 11:14
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
8 Oktyabr 2026 11:11
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
8 Oktyabr 2026 09:24
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
7 Oktyabr 2026 22:17
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
7 Oktyabr 2026 21:41
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
ŞƏRH YAZ












