Alim : “Peyvənd ürək əzələsində iltihab riskini azaldır” - FOTO

“Son zamanlar ən effektiv peyvəndlərin az faiz etibarı ilə olsa da belə yan təsirlərinin olması insanlar arasında müzakirə mövzusu olub və məhz bu da insanları vaksinasiya prosesində iştirakdan çəkindirirdi. Amma məlumdur ki, peyvəndlərin yan təsirləri ilə bağlı bir çox elmi tədqiqatlar aparılıb və bəzi narahatlıq doğuran suallara aydınlıq gətirilib”.
Bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetinin tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev bildirilib.
Onun sözlərinə görə, bu cür elmi tədqiqatlardan biri də koronavirus əleyhinə mRNA peyvəndlərinin (Biontech/Pfizer, Moderna) ürəyin miokardında yarada biləcəyi iltihab prosesi ilə bağlıdır:
“Bu da vaksinin yan təsiri kimi insanları qorxudurdu. Artıq koronavirusa yoluxduqdan sonra ürəyin miokardında iltihab prosesi ilə peyvəndləmədən sonra ürəyin miokardında iltihab prosesinin müqayisəsi aparılıb və bununla bağlı elmi tədqiqat yekunlaşıb”.
Azərbaycanlı alim bildirib ki, elmi tədqiqatda 16 yaşdan yuxarı təxminən 2 milyon insanın məlumatları incələnib və nəticəyə görə peyvənd olunmayan və koronavirusa yoluxan xəstələrin miokardında əmələ gələn iltihabi prosesin faiz göstəricisi peyvənd aldıqdan sonra yan təsir kimi əmələ gələ biləcək miokardın iltihabından çoxdur:
“Bir daha vurğulayıram ki, bu da onu deməyə əsas verir ki, koronavirusa yoluxma ürək əzələsində yarana biləcək iltihab riskini daha artırır. Bu da peyvəndləmədən sonra əmələ gələ biləcək bu cür riskdən çoxdur. Ona görə də bu, bu gün pandemiyanın yeni dalğası zamanı yüksək effektli peyvənddən qaçma səbəbi ola bilməz”.
Alim qeyd edib ki, digər bir önəmli müqayisə 12-17 yaşlı uşaqlar arasında aparılıb. Belə ki, bu yaş qrupunda COVID-19 zamanı ürəyin miokardında iltihabı prosesin yaranma riski mRNA peyvəndi aldıqdan sonra yaranacaq miokardın iltihabı riskindən altı dəfə çoxdur.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












