“Alkoqollu içkilərin satışı məhdudlaşa bilər”

“Bu layihə qəbul ediləcəyi halda alkoqollu içkilərin satışı məhdudlaşdırıla bilər”.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı müzakirədə bildirib.
“Bundan başqa, keyfiyyətsiz alkoqol istehlakına görə yaranan xəstəliklər beləliklə azala bilər. Çünki keyfiyyətsiz alkoqollu içkilərin insanda hansı xstəlikləri yaratdığı məlumdur. Daxili bazarda sağlam, haqlı rəqabət aparmaq baxımından da bu layihənin qəbulu müsbət nəticə əldə olunmasına gətirib çıxaracaq”, - deyə A.Əmiraslanov bildirib.
Qeyd edək ki, alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması ilə bağlı qayda dəyişir. Layihəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq İcra Hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.
Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












