Almaniyada əyləncə parkında qatarlar toqquşub, 34 nəfər xəsarət alıb

Xəbərlər 11 Avqust 2022 23:45
Almaniyada əyləncə parkında qatarlar toqquşub, 34 nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Almaniyada əyləncə parkında qatarlar toqquşub.

Avtosfer.az xəbər verir ki, bu barədə yerli “Dpa” agentliyi məlumat yayıb.

Hadisə Günzburqdakı Leqolend əyləncə parkında baş verib. Qatarlardan birinin maşinisti qəfil əyləci basıb və bu, onun arxasınca gələn qatarla toqquşmasına səbəb olub. Hadisə zamanı 34 nəfər xəsarət alıb.

Əraziyə 3 xilasedici helikopter, yanğınsöndürmə, xilasetmə xidmətləri və həkimlər cəlb edilib.

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Oxunub 1056
ŞƏRH YAZ
Ad

E-mail

Şərh