Almaniyada suriyalı gənc tramvayda irqçi hücuma məruz qalıb - VİDEO

Almaniyada 17 yaşlı Suriya vətəndaşı mindiyi tramvayda irqçi hücuma məruz qalıb.
Report-un məlumatına görə, hadisə ötən gün axşam saatlarında Türingiya əyalətinin Erfrut şəhərindəki bir tramvayda qeydə alınıb.
17 yaşlı suriyalı gəncə yaxınlaşan 39 yaşlı alman əvvəlcə ondan tramvaydan enməsi üçün qapını açmasını tələb edib. Daha sonra onu təhqir edərək, üzünə tüpürüb. Bununla kifayətlənməyən 39 yaşlı alman suriyalı gəncin başına ayağı ilə zərbələr endirməyə başlayıb. Ən sonda suriyalı gəncin telefonunu əlindən alaraq yerə çırpıb və qaçaraq uzaqlaşıb.
Erfrut şəhər Polis İdarəsindən bildirilib ki, qaçan şəxsin kimliyi müəyyən olunub. Onun saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Hadisə ölkədəki siyasi partiya funksionerlərinin kəskin etirazına səbəb olub. Onlar Daxili İşlər Nazirliyindən neo-nasist qruplarla bağlı sərt qanuni tədbirlərin görülməsini tələb ediblər.
Məlumat üçün bildirək ki, keçən il Almaniyada 6 mindən çox şəxs irqi və siyasi motivli hücuma məruz qalıb. Almaniya İrqçiliklə Mübarizə Agentliyinin məlumatına görə, onlardan 14-ü Azərbaycan Respublikasının vətəndaşları olublar.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












