Altıağac Milli Parkının rəhbərliyi barədə cinayət işi başland

Altıağac Milli Parkında külli miqdarda qanunsuz ağac kəsilməsi faktı aşkarlanıb.
Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, Xızı rayon Polis Şöbəsinə Altıağac Milli Parkında ağacların qanunsuz kəsilməsi ilə bağlı məlumat daxil olub.
Daxil olan məlumat əsasında araşdırmalar başlanıb və fakt təsdiqini tapıb.
Şöbədən bildiriblər ki, fakta görə Xızı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə, külli miqdarda törədildikdə) maddəsilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı zamanı Milli Parkın direktoru Elbrus Əliyev və onun müavini Ədalət Ələkbərovun korrupsiya faktları da ortaya çıxıb. Məlum olub ki, qanunsuz ağac kəsmə faktlarına görə park rəhbərliyi müəyyən şəxslərdən rüşvət tələb edib. Milli park rəhbərliyinin korrupsiya faktları cinayət işinin araşdırılması zamanı təsdiqini tapıb.
Hazırda cinayət işi icraata verilib. İş yaxın vaxtlarda Xızı rayon prokurorluğuna göndəriləcək.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












