“American Airlines” səsdən sürətli 20 təyyarə alacaq

ABŞ-ın “American Airlines Group” aviaşirkəti 20 ədəd səsdən sürətli “Overture” təyyarəsi almaq üçün “Boom Supersonic” ilə müqavilə bağlayıb.
“Report” xəbər verir ki, bu barədə şirkətlərin birgə press-relizində deyilir.
Müqavilə daha 40 təyyarənin alınması imkanını da nəzərdə tutur. Sazişin maliyyə şərtləri açıqlanmayıb.
“Bu təyyarələr sayəsində Mayamidən Londona uçuş beş saatdan, Los Ancelesdən Honoluluya isə üç saatdan az vaxt aparacaq”, - məlumatda deyilir.
“Overture” 2003-cü ildə “Concorde”un istismardan çıxarılmasından sonra ilk səsdən daha sürətli sərnişin təyyarəsi ola bilər. Təyyarənin sürəti 2 100 km/saata çata və ekoloji cəhətdən təmiz reaktiv yanacaqdan istifadə etməklə 7,9 min km-ə qədər məsafəyə 65-80 sərnişin daşıya biləcək. İlk belə təyyarənin 2025-ci ildə istehsal ediləcəyi, müntəzəm uçuşların isə 2029-cu ildən başlanacağı gözlənilir.
Qeyd edək ki, “American Airlines”in səhmləri çərşənbə axşamı 0,1% ucuzlaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 14,6% azalaraq 9,91 milyard ABŞ dolları təşkil edib.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












