Ana 90-lıq yolda körpəsiylə birgə ölümə addımladı - VİDEO

Bakıda məsuliyyətsiz ana həm körpəsini, həm də öz həyatını riskə atıb. Avtosfer.az bildirir ki, Heydər Əliyev prospektində Koroğlu metrosunun qarşısında yolu qucağında körpəsiylə keçməyə çalışan ana sürət həddi 90 km/saat olan yolda böyük təhlükə ilə üz-üzə qalıb. Sürətli hərəkətdə olan avtomobillər son anda onu görərək dayanıb və yol verib. Ana isə övladını qucaqlayaraq onu yaxınlaşan avtomobillərdən sanki qorumağa çalışıb. Amma unutduğu bir şey var ki, avtomobil bir dəmir parçasıdır və yüksək sürətlə hərəkət etdikdə toqquşma baş verərsə körpəni qucaqlamaqla onun həyatını xilas etmək mümkün deyil. Avtomobilin registratoruna düşən görüntüdən də məlum olur ki, buradan yolu keçməyə çalışan tək qadın deyil, arakəsmənin üzərində gözləyən daha bir məsuliyyətsiz şəxs də var.
Qeyd edək ki, burada yeraltı keçid var, amma, təəssüflər olsun ki, bəzi insanlar tələskənlik edərək həm özlərini riskə atırlar, həm də sürücüləri. Məhz yolun bu hissəsində dəfələrlə piyada vurulmasının xəbəri bizim saytımızda yayımlanıb. Amma hələ də öləndən və yaralanandan dərs almayanlar var.
Aysel
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












