ANAMA: “Cocuq Mərcanlı dəmiryolu boyunca uzanan sahədə 1360 mina zərərsizləşdirilib”

Bu ilin yanvar ayından etibarən aparılan minatəmizləmə işləri nəticəsində Cocuq Mərcanlı dəmiryolu boyunca uzanan sahədə 1 360 mina zərərsizləşdirilib.
Bu barədə Report - a açıqlamasında ANAMA-nın nümayəndəsi Qabil Cəfərov məlumat verib.
Onun sözlərinə görə, hazırda ANAMA əməkdaşları Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən Mehdili kəndinədək uzanan və dəmiryolu xəttinin keçdiyi sahədə minatəmizləmə işləri aparırlar:
“Bu sahədə işlərə yanvarın 11-də start verilib. Sahələri bir-birinin ardınca təmizləməklə tədricən irəliləyirik. Problemlərdən biri əvvəllər buranın neytral ərazi olması ilə bağlıdır. Bu səbəbdən burada düz 15 mina zolağı yerləşir. Məqsəd dəmiryolunu və ondan 30 metr kənarlara olan ərazini minalardan təmizləməkdir. Burada həm piyada, həm də tank əleyhinə minalara rast gəlmişik. Demək olar ki, sahədə işlərin 90 faizini tamamlamışıq”.
Qeyd edək ki, işlər texnikanın və xüsusi təlim keçmiş itlərin köməkliyi, habelə əllə aparılır.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












